Həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən işə getmək icazəsi olan qurumların əməkdaşlarının, o cümlədən KİV nümayəndələrinin mağazaya, aptekə getmək üçün SMS-lə icazə almasına ehtiyac yoxdur.
BakuCity.azxəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-yə deyib.
O bildirib ki, həmin qurumların əməkdaşları fasiləsiz işləyirlər:
“Onlar icazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazə almalarına ehtiyac yoxdur”.
BakuCity.az