65 yaşı vardı
Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb.
BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.