Naxçıvanda 18 nəfər koronavirusa yoluxub

Naxçıvanda 18 nəfər koronavirusa yoluxub

Ağırlaşma halları yoxdur

Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə BakuCity.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan MR-də nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkənin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bildirilib ki, bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

BakuCity.az

koronavirus yoluxma Naxçıvan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər