Hava soyuyur
Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
BakuCity.az