Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO

Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO

Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır

Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir.

BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir küçə dizaynının elemetlərindən istifadə edilib.

Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb. Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib, cib tipli parklanma yerləri təşkil edilib, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.

Eyni zamanda Məzahir Rüstəmov küçəsinin Seyid Əzim Şirvani küçəsi ilə kəsişməsində hərəkət təhlükəsizliyinin artırılması məqsədilə svetofor obyektinin quraşdırılması istiqamətində işlər aparılır.

Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO, fotoşəkil-1 Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO, fotoşəkil-2 Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO, fotoşəkil-3 Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO, fotoşəkil-4 Bakıda daha bir küçə müasir dizaynla yenidən qurulur - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakıda Küçə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər