Növbəti 190 manatın veriləcəyi vaxt açıqlandı

Növbəti 190 manatın veriləcəyi vaxt açıqlandı

Vətəndaşlara bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj gəlib

Prezident İlham Əliyev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarrovla keçirdiyi videokonfransda may ayı üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin vətəndaşlara nağdsız, rahat və şəffaf şəkildə verilməsi üçün ödənişin bank xidmətləri vasitəsilə həyata keçirilməsi tapşırığını vermişdi.

BakuCity.az xəbər verir ki, adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açılıb. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.

İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, işsiz və aztəminatlı vətəndaşlar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına indiyə qədər müraciət etmiş 320 min nəfərin aktiv əmək müqaviləsi olduğuna görə həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib.

BakuCity.az

190 Birdəfəlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər