• Ana səhifə
  • Bakı Apelyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - SİYAHI
10:05, 1 may 2020

Bakı Apelyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - SİYAHI

Bakı Apelyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - SİYAHI

Hakimlərin seçimi ilə bağlı məsələ bu gün müzakirə olunacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, iclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılacaq.  

Həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə olunacaq. 

BakuCity.az

#Bakı #Ali Məhkəmə

Şərhlər

Elan
live comments feed...