May ayının qeyri-iş günləri - TƏQVİM

May ayının qeyri-iş günləri - TƏQVİM

May ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub

BakuCity.az xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə günü, 24, 25 may tarixləri Ramazan bayramı, 28 May tarixində isə Respublika günü qeyd olunacaq.

2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 11, 26 may, altıgünlük iş həftəsində 26 may tarixi istirahət günləridir.

Ümumilikdə, may ayında istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var.

BakuCity.az

Bayramlar Qeyri iş günləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər