12:09, 1 may 2020

Bakı metrosu "BU" gündən işinə başlayacaq

Bakı metrosu "BU" gündən işinə başlayacaq

Metronun yenidən istifadəyə veriləcəyi tarix açıqlanıb

Bakı metrosunun mayın 11-də işini bərpa edəcək. Artıq müvafiq əmr Bakı Metropoliteni QSC rəhbərliyi tərəfindən imzalanıb. 

Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov BakuCity.az-a açıqlamasında bu xəbəri nə inkar, nə də təsdiq edib: "Belə bir qərar yalnız Nazirlər Kabineti yanında operativ qərargahın səlahiyyətindədir.

Hazırda əsas vəzifə kimi bütün qaydalara, tələblərə, o cümlədən texniki-istismar şərtlərinə uyğun metro infrastrukturunun saz, işlək vəziyyətdə olması təmin edilir, bu istiqamətdə texnoloji proseslər həyata keçirilir".

Qeyd edək ki, Bakı metrosu koronavirus infeksiyası COVID 19-un yayılmasının qarşısını almaq məqsədilə martın 31-i saat 22:00-dan etibarən işini dayandırıb.

BakuCity.az

#Bakı metrosu

Şərhlər

Elan
live comments feed...