2 mayda gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinindən BakuCity.az-a verilən məlumata görə mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
BakuCity.az