Hande Harmancı: "Azyaşlıların peyvəndləmə işi davam etdirilməlidir"

Hande Harmancı: "Azyaşlıların peyvəndləmə işi davam etdirilməlidir"

ÜST-ün  Azərbaycandakı nümayəndəsi peyvəndin vacibliyini vurğulayıb

“COVID-19 infeksiyası ilə mübarizə tədbirləri ilə yanaşı, bu ərəfələrdə peyvəndləmə işini də davam etdirmək lazımdır”.

BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.

ÜST rəsmisi bunu digər yoluxucu xəstəliklərlə üzləşməmək üçün əsaslandırıb: “Ən vacibi də azyaşlıları peyvənd etdirməklə onları yoluxucu xəstəliklərdən qoruya bilərik”.

BakuCity.az

ÜST Peyvənd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər