"Bu ayın sonundan "AmrahBank” və "AtaBank”da olan əmanətlərin qaytarılmasına başlanılacaq”.
BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib:
"Qanunvericilikdə bu müddət üç ay nəzərdə tutulsa da, bu ayın sonunda əmanətlər qaytarılacaq. Lisenziyalar geri alındıqdan sonra bankların birləşmə ehtimalı sıfırdır. Biz artıq bu banklarda missiyamızı yekunlaşdırdıq və onları Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna təhvil verəcəyik”, deyə E.Rüstəmov bildirib.
Baş bankir "AGBank” və "NBCBank”da əmənəti olanları isə narahat olmamağa çağırıb: "Onların əmanətləri qorunur. Həmin banklarda çalışanların əməkhaqları ödəniləcək”.
BakuCity.az