Bakıda avtomobil yolu çöküb
BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Mehdi Abbasov küçəsində baş verib.
Belə ki, asfaltın çökməsi nəticəsində yolun bir hissəsində hərəkət dayanıb.
İlkin ehtimala görə, yolun çökməsinə yer altında olan su borusunun partlaması səbəb olub.
Eyni ərazidən təxminən 10 metr məsafədə yol bir müddət əvvəl də çökmüşdü.
BakuCity.az