• Ana səhifə
  • Dərs ili vaxtından əvvəl başlaya bilər - AÇIQLAMA
13:58, 2 may 2020

Dərs ili vaxtından əvvəl başlaya bilər - AÇIQLAMA

Dərs ili vaxtından əvvəl başlaya bilər - AÇIQLAMA

“Vəziyyət tələb edərsə, ola bilsin ki, dərs ili vaxtından əvvəl başlasın”

BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında danışıb. 

Həmçinin oxu: Dərslərin dayandırılması müddəti uzadıldı

M.Vəliyeva bildirib ki, tımsil etdiyi qurum hələ ki, dərs ilinin sonuna dair məslələri həll edir:

“Hər il dərslər ənənəvi olraq 15 sentyabr tarixində başlayır. Kim deyə bilər ki, sentyabr ayında vəziyyət necə olacaq? Bu sualın cavabını bilən adam dərslərin başlanma vaxtı ilə də bağlı rəy bildirə bilər. Başa düşürük, proqramda müəyyən geriləmələr var, amma biz hələ ki, dərs ilinin sonuna dair məsələləri həll edirik.

Həmçinin oxu: Azərbaycanda məktəblər bağlandı - RƏSMİ

Vəziyyət tələb edərsə, ola bilsin ki, dərs ili vaxtından əvvəl başlasın. Ancaq bu da Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Nazirlik olaraq bi yalnız təkliflərimizi verə bilərik”.

BakuCity.az

#Dərs ili #Ola bilsin ki

Şərhlər

Elan
live comments feed...