Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində qoyulan beton arakəsmələr sökülür
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, artıq bu barədə göstəriş verilib.
Məlumata görə beton arakəsmələr 10-dan çox qəzaya səbəb olub. Həmçinin, nəqliyyat ekspertləri və digər aidiyyəti qurumlar bunun fəsadlara səbəb olacağını bildirib.
Həmçinin oxu: Bulvar gəzintisinə çıxmaq istəyənlərin nəzərinə - AÇIQLAMA
Bu gündən həmin arakəsmələr götürülür. Məsələyə yenidən baxılacaq.