Məşhur muğənninin Bakı konsertinin yeni tarix bəlli oldu

Məşhur muğənninin Bakı konsertinin yeni tarix bəlli oldu

Cem Adrianın Bakı konsertinin tarixi ikinci dəfə dəyişdirildi

"Daha öncəki tarixlərə bilet alanların biletləri konsertin yeni tarixində keçərli olacaqdır".

Bununla bağlı BakuCity.az-a konsertin təşkilatçısı "EVENT OFFICE" dən məlumat verilib:

"Yaxın iki ayda bütün dünyanı cənginə alan və hər dəqiqə yeni inkişafı ilə həyatımıza, sağlamlığımıza mənfi təsir göstərən koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar son yenilənən məlumatlar və verilən qərarlar səbəbilə, beynəlxalq uçuş məhdudiyyətləri, sosial məsafə qaydalarının olduğu hallarını düşünərək, təəssüf ki, 29 May 2020 tarixində "Elektra Events Hall"da planladığımız Cem Adrian konsertinin tarixini 2-ci dəfə dəyişdirmək məcburiyyətində qaldıq.

Həmçinin oxu: Cem Adrianın Bakı konserti: Qadınlara özəl endirim - VİDEO

Yeni tariximizə bilet almaq istəyən qonaqlarımız iticket.az və şəhərin kassalarından biletləri əldə edə bilərlər. 
Ümid edirik insan sağlamlığının hər şeydən önəmli olması məqsədilə verdiyimiz bu qərarı Cem Adrian pərəstişkarları, konsertə bilet alan hər kəs anlayışla qarşılayacaqdır. Bunun üçün hər kəsə təşəkkür edir və gözəl, musiqi dolu günlər arzulayırıq".

Həmçinin oxu: Cem Adrianın Bakı konserti bu tarixdə reallaşacaq - FOTO + VİDEO

Qeyd edək ki, konsert yeni tarixlə, 26 sentyabr saat 20:30-da "Elektra Events Hall"da reallaşacaq.

Konsertin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

BakuCity.az

Cem Adrian Bakı konserti Təxir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər