Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Bakıda sabaha gözlənilən hava proqnozu

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti, Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 19-24° isti  olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

BakuCity.az

Bakı Hava şəraiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər