Ölkədə koronavirusdan sağalanların sayı 1 441 nəfərə çatdı

Ölkədə koronavirusdan sağalanların sayı 1 441 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb

Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 1 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

BakuCity.az

Azərbaycan Test
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər