Bakıda bir sıra ərazilərdə hərəkət məhdudlaşdırıldı

Bakıda bir sıra ərazilərdə hərəkət məhdudlaşdırıldı

Bakıda bir sıra ərazilərdə hərəkət məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda aparılan təmir-tikinti işləri çərçivəsində 4 və 5 mayda Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Bu barədə BakuCity.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib. 

Sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə biləcəklər.

Həmçinin oxu: Bu il Bakıda inşaat işlərinin 92%-ni özəl sektor yerinə yetirib

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır.

Buna görə təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

BakuCity.az

Yol Təmir-tikinti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər