Onlayn müsahibələrə start verilib
Bu gündən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə onlayn müsahibələrə start verilib.
Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, mayın 2-dən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibə barədə ətraflı məlumat göndərilib.
Bakı şəhəri üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə onlayn müsahibələr yekunlaşdıqdan sonra mərhələli şəkildə digər rayon və şəhər məktəblərində çalışan müəllimlərlə də müsahibələrin başlayacağı nəzərdə tutulub.