Əmircan qəsəbə sakininin evindən narkotik maddə tapılıb
BakuCity.az xəbər verir ki, Suraxanı RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbəsində yaşayan 42 yaşlı V.Tağıyevin üzərindən 3,79 qram marixuana aşkarlanıb.
Şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 571 qram marixuana tapılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
BakuCity.az