Bakıda qadın narkotacir tutuldu

Bakıda qadın narkotacir tutuldu

Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb.

BakuCity.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Paytaxtda yaşayan 2000-ci il təvəllüdlü Ağaməmməd Bayramov və 1996-cı il təvəllüdlü Gəncə şəhər sakini Məhəmməd Həbibov tutulub.

A.Bayramovdan 0,25 qram heroin, M.Həbibovdan isə metamfetamin aşkar edilib.

Məlum olub ki, onlara narkotik vasitələri və psixotrop maddələri Lənkəran rayon sakini, 1969-cu il təvəllüdlü Kübra Həsənova satıb.

Növbəti əməliyyatla qadın narkotacir saxlanılıb, onun üzərində olan heroin götürülüb. (Oxu.az)

BakuCity.az

Bakıda Narkotacir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər