Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar qeydə alınıb
Ötən gün paytaxtda Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 11 cinayət faktı qeydə alıblar.
BakuCity.azxəbər verir ki, mayın 3-də Bakının Binəqədi rayonunda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Biləcəri qəsəbəsində polis əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Q.Ağababayev saxlanılıb, ondan çəkisi 10 kiloqramdan çox marixuana aşkarlanıb. (Oxu.az)
BakuCity.az