Ekspres taksi xidmətinin təşkil edilməsi istisna deyil
"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.
BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədriVüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib: ""Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər".
V.Kərimli həmçinin deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil.
BNA-nın rəhbəri həmçinin bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı paytaxtda sərnişin axını güclənsə də, insanların daşınmasında problem olmayacaq:
"Artan tələbatı ödəməyə hazırıq. Hazırda təkcə ekspres marşrut xətləri üzrə 105 avtobus fəaliyyət göstərir, 15 avtobus isə ehtiyat üçün şəhərdə boş dayanır", - deyə o bildirib.
BakuCity.Az