3 minə yaxın şəxs taksi xidməti üçün ötən ay icazə alıb
Bu ilin aprel ayında paytaxtda taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyinə 3 312 nəfər müraciət edib.
BakuCity.az-ın məlumatına görə, bu barədə qurumun İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində qeyd edib.
V.Kərimli bildirib ki, onlardan 2 911 nəfərə fərqlənmə nişanı verilib, 306 nəfərə isə verilməyib.
BakuCity.az