Bakıda idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılıb
Paytaxtın Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
BakuCity.azxəbər verir ki, hadisə Vaqif prospektində qeydə alınıb.
Sözügedən prospekt ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək, avtomaşını yol kənarındakı işıq dirəyinə çırpıb.
Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb.
Qəza nəticəsində sürücünün xəsarət aldığı bilidirilir.