Maykl Essyenin “Səbail”dəki maaşı məlum oldu

Maykl Essyenin “Səbail”dəki maaşı məlum oldu

Qana millisinin sabiq futbolçusu Maykl Essyenin “Səbail” klubundakı maaşı bəlli olub.

BakuCity.az “Ghanasoccernet” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi illik 250 min avro məvacib alır.

Onun komandada ən çox maaş alan oyunçu olduğu da vurğulanıb. 

Peşəkar karyerasına “Bastiya”da başlayan Maykl Essyen ən çox matça İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “zadəganlar"ın heyətində 168 qarşılaşmada 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.

BakuCity.az

"Səbail" Maaş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər