Bakıda küçədə qadın qarət edildi - FOTO

Bakıda küçədə qadın qarət edildi - FOTO

Bakıda soyğunçuluq hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə 24 aprel, saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsində qeydə alınıb.

Naməlum şəxs qəsəbə sakini qadının mobil telefonunu soyğunculuq yolu ilə ələ keçirib.

Qadın hadisə ilə bağlı polisə məlumat verib.

Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 48 yaşlı Elman Abidov müəyyən olunub.

Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşların tərəfindən dünən axşam saatlarında keçirilən müvafiq tədbirlərlə E.Abidov gizləndiyi yerdə saxlanılaraq 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı başlanan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Report)

Bakıda küçədə qadın qarət edildi - FOTO, fotoşəkil-1

BakuCity.az

Qadın Telefon Soyğunçuluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər