ŞAD XƏBƏR -190 manat üçün yenidən müraciət mümkündür

ŞAD XƏBƏR -190 manat üçün yenidən müraciət mümkündür

Vətəndaşlar yenidən müraciət edə bilərlər.

190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

BakuCity.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov "ATV Qərargah" proqramında bildirib.

V.Bayramlı qeyd edib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: "Eşidirik ki, hansısa vətəndaşın adına avtomobil yoxdur, heç vaxt olmayıb, amma ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib və həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, ancaq əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər".

BakuCity.az

Vətəndaşlar 190 manat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər