Yaşlı insanların küçəyə çıxma qadağası aradan qaldırıla bilər - AÇIQLAMA

Yaşlı insanların küçəyə çıxma qadağası aradan qaldırıla bilər - AÇIQLAMA

65 yaşdan yuxarı şəxslərlə bağlı qadağalar aradan qaldırıla bilər. 

"Koronavirus infeksiyası ilə əlaqədar 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması ilə bağlı qoyulan qadağalar aradan qaldırla bilər”.

BakuCity.az xəbər verir ki, bunu professor Adil Qeybulla deyib.

A.Qeybullanın sözlərinə görə, karantin qaydalarının yumşaldılması prosesi gözlənilən istiqamətdə gedir: "İnsanlar uzun müddət evdə otura bilməzlər, amma karantin qaydaları yumşaldılsa belə, onun şərtləri dəyişməz qalmalıdır. İnsanlar sosial məsafəni saxlamaq, maska taxmaq, əlləri dezenfeksiya etmək və s. kimi qaydalara əməl etməlidir. Ən mühüm şərt budur”. 

Professor bildirib ki, bu şərtlərə əməl edilməsə, virusun yenidən yayılacaq, xəstələrin sayı artacaq. 

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar 65 yaşdan yuxarı insanların evdən çıxmasına martın 24-də qadağaqoyulub. (Qaynarinfo)

BakuCity.az

65 yaş Qadağa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər