Bakıda ağackəsmə faktları aşkarlandı

Bakıda ağackəsmə faktları aşkarlandı

Nazirlik sahibkarlara müraciət edib.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparılıb. 

Xidmətin rəisi Hikmət Əlizadənin BakuCity.az-a verdiyi məlumata görə Binəqədi rayonu, 18-ci Dağlıq kücəsi 1 ünvanında “Mahal” MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17100 manat məbləğində ziyan dəydiyi məlum olub.

H.Əlizadənin sözlərinə görə hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmışg sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. 

Nazirlik rəsmisi  bildirib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən təəssüf ki,  ağac kəsintisinə hələ də yol verilir:

"Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır.  Ona görə də belələrinə qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var".

Hikmət Əlizadə sahibkarlara müraciət edərək, yaşılıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə almalarını,  ağac kəsintisinə yol verməmələrini bildirib:

"Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi  gözləyirik”.

BakuCity.az

Bakıda ağackəsmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər