Bakıda 6 mayda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 17-19, gündüz 24-26, Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
BakuCity.az