Bakı ilə Kiyev arasında birbaşa aviareysin təşkili planlaşdırılır.
“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) Bakı ilə Kiyev arasında mayın 11-də birbaşa aviareys həyata keçirəcək.
BakuCity.az Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, təyyarə 15:30-da Bakıdan qalxacağı, 18:20-də ( Kiyev vaxtı ilə) isə Kiyevə enməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün daxili və xarici aviareyslər dayandırılıb.
BakuCity.az