Renat Dadaşovun şanslarını azalda biləcək transfer

Renat Dadaşovun şanslarını azalda biləcək transfer

Millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" yeni hücumçu transferinə hazırlaşır.

BakuCity.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu "Brügge"nin oyunçusu Emmanuel Dennislə maraqlanır.

"Vulverhempton"un onun üçün 25 milyon avro ödəməyə hazıt olduğu vurğulanıb.

Xəbərdə bu mümkün transferin komandada iki oyunçu tərəfindən müsbət qarşılana bilməyəcəyi bildirilib: "Leonard Kampana və Renat Dadaşov U-23 komandasında inkişaf edirlər və baş məşqçisi Nuno Espiritonun onları əsas heyətə dəvət edəcəklərini gözləyirlər. Ancaq Dennisin  transferi onların şanslarına böyük ziyan vuracaq".

BakuCity.az

Millimiz Transfer
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər