Karantin rejimi yenidən sərtləşdirilə bilər - VİDEO

 Karantin rejimi yenidən sərtləşdirilə bilər - VİDEO
TƏBİB rəsmisi karantin rejiminin yenidən sərtləşdirilə biləcək səbəblərə toxunub.

“Əgər situasiya pisləşməyə doğru gedərsə, xüsusi karantin rejimi regional və ya ölkə miqyasında sərtləşdirilə bilər”.

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, insanlar karantin rejiminin tələblərinə riayət etməlidirlər: “Gigiyena məsələsi əsasdır. Maska taxılmalıdır. Qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakı artımda da görə bilərik”.

BakuCity.az

Karantin Rejim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər