Bakıdakı dünya çempionatında unikal hadisə - VİDEO

2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatında unikal hadisə baş verib.

BakuCity.az xəbər verir ki, bu barədə Ukrayna millisinin sabiq üzvü Vasili Lomaçenko pravoslav inancından bəhs edən "Salam, qardaşım Xristos Voskres" filmində açıqlama verib. Həmin vaxt 60 kq çəki dərəcəsində çıxış etmiş dəri əlcək sahibi etirazlarının qəbul olunmasını boks tarixində ilk və yeganə hal kimi dəyərləndirib.

Lomaçenko 1/8 finalda braziliyalı Robson Konseysao ilə görüşündə hakim ədalətsizliyi ilə üzləşdiyini bildirib: "Bu, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli döyüş idi. Görüşün qalibi olimpiadaya lisenziya qazanacaqdı. "Təkqapı" oynayaraq, braziliyalı rəqibimi nokdauna salsam da, rinq hakimi mənim əlimi qaldırmadı. Bundan çox məyus oldum, ağladım. Dərhal peşəkar boksa keçməyə qərar verdim. Bildirdim ki, növbəti lisenziya turnirin yollanmaq, olimpiadada iştirak etmək istəmirəm".

Həmçinin oxu: Bakıda aerobika üzrə dünya çempionatı da təxirə salındı

Ukraynalı boksçunun sözlərinə görə, həmin vaxt daim qulaqcıqla gəzən atası dualar dinləyib və paltardəyişmə otağında "pleyer"i onun özünə də verib. Lomaçenko dualara qulaq asa-asa Allahdan kömək istədiyini, komanda rəhbərliyinin isə etiraz yazmağa getdiklərini bildirib: "Bu anadək həvəskar boks tarixində heç bir protest təmin olunmamışdı. Bütün etirazlara rədd cavabı verilmişdi. Biz otelə gəldik, otaqda qərarı gözlədik. Nəyə görəsə hər şey uzun sürdü".

Tanınmış boksçu işə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, şüvüllə tullanma üzrə olimpiya çempionu Sergey Bubkanın qarışdığını açıqlayıb. Lomaçenko elə həmin axşam qərarın dəyişdirildiyini və olimpiadaya lisenziya qazandığını xatırladıb: "Hazırkı anadək bu, həvəskar boksda etirazın təmin olunduğu ilk və yeganə haldır".

Qeyd edək ki, Vasili Lomaçenko Bakıdakı dünya çempionatında növbəti döyüşlərindən də qalib ayrılaraq, qızıl medal qazanıb. (Report)

BakuCity.az

Bakıdaki Unikal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı xüsusi keyidici iynə ilə zərərsizləşdirilib. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür. BakuCity.az
Ekologiya
Şəkinin mərkəzi küçələrində gəzən ayı Altıağac Milli Parkına aparılacaq. "Şəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq". BakuCity.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. Həmçinin oxu: Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi "Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, o...
Cəmiyyət
Milli Məclis 190 manatlıq birdəfəlik ödənişlə bağlı mühüm təklif irəli sürüb. "Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”. BakuCity.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib. "Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehti...
Cəmiyyət
Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərib. "Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".  BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin. "...
Biznes
Sədərək Ticarət Mərkəzində növbəti qadağa tətbiq edilib. Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib. BakuCity.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. M.Qədimovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliy...
Biznes
Müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. Bu gündən xüsusi karantin rejimi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. Qərara əsasən, mayın 31-dən Bakı,...
Hadisələr
Şəhərin mərkəzi küçələrində ayı dolaşır. Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir. Vətəndaşlardan xahiş edilir...
Biznes
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib. Qeyd edək ki, fəaliyyətinə icazə veri...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargah BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiy...