Nazirdən pensiyalarla bağlı AÇIQLAMA

Nazirdən pensiyalarla bağlı AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin açıqlaması

"2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manat təşkil edib".

BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb.

"Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir. Eyni zamanda 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətdə 28,4 faiz artaraq 712,3 manat olub”, deyə S.Babayev bildirib.

BakuCity.az

Nazir Penisiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər