Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxma ocaqları açıqlandı - RƏSMİ

Koronavirusa yoluxma ocaqları açıqlanıb.

“Şimal və cənub zonalarında yoluxmalar sərhədlərdən keçən həmvətənlərimizin xəstəliyi özləri ilə gətirməsi nəticəsində olub”. 

BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

R.Əliyev qeyd edib ki, Rusiyadan Azərbaycana gələnlərin əksəriyyətində koronovirus testləri pozitiv çıxıb: “Cənub zonasında yoluxma, əsasən, İrandan gələn vətəndaşlarda aşkar edilir. Lənkəran və Cəlilabad zonasında bu kimi yoluxmalar baş vermişdi. Zaman-zaman ocaqlar ortaya çıxır. Salyanda da dünən bu meydana çıxdı". (Oxu.az)

BakuCity.az

Azərbaycan Koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər