Koronavirusu məhv edən ilk vaksin hazırlandı

Koronavirusu məhv edən ilk vaksin hazırlandı

Koronavirusu məhv edən ilk vaksinin hazırlandığı deyilir.

İtaliya alimləri dünyada koronavirusu (Covid-19) məhv edə biləcək ilk vaksini hazırladıqlarını elan ediblər.

BakuCity.az xəbər verir ki, bu barədə “Daily Mail”ə məlumat yayıb.

Tədqiqatçılar qeyd ediblər ki, tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar.

Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər.

Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.

Vaksinin hazırlanması ilə məşğul olan şirkətin başçısı bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızına planlaşdırılıb.

Qeyd edək ki, İtaliya pandemiyadan ən çox zərər görən ölkələrdən biridir.

Koronavirusu məhv edən ilk vaksin hazırlandı, fotoşəkil-1

BakuCity.az

Koronavirus Vaksin Tapıldı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər