• Ana səhifə
  • “Bakının qızları” mahnısının ifaçısı vəfat etdi - VİDEO
11:27, 7 may 2020

“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi - VİDEO

“Bakının qızları” mahnısının ifaçısı vəfat etdi - VİDEO

“Bakının qızları” mahnısının ifaçısı vəfat edib.

60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

BakuCity.az xəbər verir ki, bu barədə Kulis.az-a C.Əliyevin yaxınları məlumat verib.

C.Əliyev 60-80-ci illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi olub. Sənətkar 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi teleradionun estrada orkestrinin, Rusiyada məşhur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalan C.Əliyev sənətdə çox az müddətdə məşhurlaşıb.

BakuCity.az

#Bakının qızları

Şərhlər

Elan
live comments feed...