BNA: Sərnişinlərin sayı gündəlik 1 milyonu keçib

BNA: Sərnişinlərin sayı gündəlik 1 milyonu keçib

Karantin dövründə ictimai nəqliyyatdan istifadə edənlərin sayı açıqlanıb.

Artıq bir neçə gündür ki, ekspress xətlər üzrə 18 metrlik avtobuslar sərnişindaşımaya cəlb edilir. Əgər aprelin 27-dən sonra sərnişin sayı 750-800 min arasında dəyişirdisə, mayın 4-dən sonra bu göstərici 1 milyonu keçib”.

BakuCity.az xəbər verir ki, bunları "Real” TV-nin canlı yayımında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Son bir neçə gündür ki, biz 1 milyondan çox sərnişindaşıma həyata keçiririk”, - deyə M.Ağayev bildirib.

BakuCity.az

BNA Mais Ağayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər