Faktiki hava şəraiti açıqlanıb.
Mayın 7-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.
Bu barədə BakuCity.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Zabrat, Maştağa, Binədə 2, Bakıda 1 mm olub.
Mayın 6-da şimal-qərb küləyi Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Havanın temperaturu Bakıda iqlim normasından 7.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, dərəcə isti olub.
BakuCity.az