14:11, 7 may 2020

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

8 mayda gözlənilən hava şəraiti.

Milli Hidrometeorologiya Xidmətinin BakuCity.az-a verilən məlumata əsasən mayın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda  gecə 12-14, gündüz  20-22, Abşeron yarımadasında gecə 12-14, gündüz  19-22  dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.  

BakuCity.az

#Hava #Proqnoz

Şərhlər

Elan
live comments feed...