Karantin rejimi daha 2 ay uzadılır? - RƏSMİ

Karantin rejimi daha 2 ay uzadılır? - RƏSMİ

Azərbaycanda karantin rejimi daha 2 ay uzadılır?

Modul tipli xəstəxanaların iyun ayında da istifadəyə verilməsi planı Azərbaycan əhalisinin yay aylarında - iyun, iyul aylarında da karantin rejimində qalacağı deməkdir?

BakuCity.az xəbər verir ki, suala İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın brifinqində aydınlıq gətirib.

Zaur Əliyev koronavirusa yoluxanların müalicə olunması üçün nəzərdə tutulan modul tipli xəstəxanaların mahiyyətini açıqlayıb: "Modul tipli xəstəxanaların istifadəyə verilməsinin iyun ayına kimi nəzərdə tutulması Azərbaycan əhalisinin iyun, iyul aylarında da karantin rejimində qalacağı anlamına gəlmir".

Z.Əliyev qeyd edib ki, modul tipli xəstəxanalar xəstələrin sayı çoxaldıqda elə bir çətinliklə qarşılaşmayaq deyə istifadəyə veriləcək. (Milli.Az)

BakuCity.az

Karantin Azərbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər