• Ana səhifə
  • 190 manatı ala bilməyənlərin nəzərinə: bu formada müraciət edin
15:15, 7 may 2020

190 manatı ala bilməyənlərin nəzərinə: bu formada müraciət edin

190 manatı ala bilməyənlərin nəzərinə: bu formada müraciət edin

190 manat birdəfəlik ödəməni ala bilməyənlər növbəti dəfə müraciət edə biləcəklər. 

"Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm" deyənlərin çoxluğunu nəzərə alaraq, "Telesəhər" məsələyə aydınlıq gətirməyə çalışıb.

BakuCity.az AZTV-yə istinadla xəbər verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etməli olduğunu bildirib: "Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir".

BakuCity.az

Daha ətraflı məlumat üçün 142 nömrəsinə zəng edin. 

#190 manat #Birdəfəlik ödənişlır

Şərhlər

Elan
live comments feed...