Sabah Bakıda bu küçələr bağlanacaq - SİYAHI

Sabah Bakıda bu küçələr bağlanacaq - SİYAHI

Yollarda hərəkət məhdudlaşdırılır.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 may küçəsinin kəsişməsinə qədər olan Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində 8 may 2020-ci il tarixdə axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

BakuCity.az xəbər verir ki, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

BakuCity.az

Bakı Küçələr Bağlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər