Tədris prosesinin iyunun 1-də bərpa edilməsi gözlənilmir

Tədris prosesinin iyunun 1-də bərpa edilməsi gözlənilmir

"Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur".

BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

C.Bayramovun sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb:

"Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımdan məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi Baş Nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun, şərait nəzərə alınaraq hazırlanıb".

BakuCity.az

Tədris ili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər