SMS icazə sistemi ilə bağlı VACİB XƏBƏR: qərar dəyişir

SMS icazə sistemi ilə bağlı VACİB XƏBƏR: qərar dəyişir

“Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin”.

BakuCity.az xəbər verir ki, bu barədə ölkənin baş infeksionisti Cəlal İsayev danışıb.

Cəlal İsayevin sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:

“Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və qərar veriləcək. Ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin".

C.İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması da müzakirə oluna bilər. 

BakuCity.az

SMS İcazə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər