BakuCity.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Karantin rejimi bir neçə sahədə yumşaldılıb və bir sıra obyektlərin açılışına icazə verilib. Polisin də sayı ikiqat artmalıdır. Bərbərxana və gözəllik salonlarında çox insanın toplaşmaması üçün polis nəzarət edir. Polis nəzarəti gücləndirib ki, insan sıxlığı yaranmasın, sosial məsafə gözlənilsin, açılan məntəqələrdə qayda pozuntularına yol verilməsin”, - deyə məlumatda vurğulanıb.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək xahiş edir ki, hər kəs özünün polisi olsun:
“Hər bir vətəndaş məsuliyyətli olmalı, həmrəylik göstərməlidir. Bu, ümumdövlət tələbidir. Yəni bütün məsuliyyət həkim və polisin üzərində qalmamalıdır. Hər şey inzibati yollarla tənzimlənməməlidir. Xüsusi karantin rejimində ümumi tələblər var, hamı ona əməl etməlidir. Dəfələrlə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB rəsmiləri əhaliyə tövsiyə ediblər ki, qoruyucu və gigiyenik vasitələrdən istifadə etsinlər. Polis gecə-gündüz ölümün tuşunda xidmət aparır. Bildiyiniz kimi, həkim və polislər arasında koronavirusa yoluxanlar var. Hər kəs bundan ibrət götürməlidir. Vətəndaş məsuliyyətli olmalıdır”. (Baku.ws)
BakuCity.az