37 yaşlı Göyçay sakini özünü öldürüb.
BakuCity.az xəbər verir ki, Göyçay şəhərində yaşayan, "Göyçay-Çörək” ASC-nin rəhbəri, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.
A.Fəqan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti sonradan ağırlaşdığına görə ailə üzvləri onu Bakıya, Respublika Toksikologiya Mərkəzinə gətiriblər.
Həkimlərin bütün səylərinə baxmayaraq, F.Abdullayev ölüb. Onun hansı səbəbdən özünə qəsd etməsi isə hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)
BakuCity.az